Bu işçilər əmək müqaviləsinə xitam vermək barədə ərizəsini istədiyi vaxt geri götürə biləcəklər

Baş səhifə

Bakı. Trend:

Əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi
qaydalarında dəyişiklik ediləcək.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin bugünkü onlayn iclasında müzakirə olunan Əmək
Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini
tapıb.




Qanun layihəsinə əsasən, əmək müqaviləsinə xitam vermək barədə
ərizə vermiş və ərizəsində əmək münasibətlərini dayandırmaq
istədiyi günü göstərməyən işçi
xəbərdarlıq müddəti
bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız
hesab etmək barədə işəgötürənə yeni ərizə verə biləcək.

Mövcud qanunvericiliyə görə, əmək müqaviləsini ləğv etmək barədə
ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt
ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə
işəgötürənə yeni ərizə verə bilər.