“Ayaks” komandası son matçlarda inkişaf edib.
“Report”un məlumatına görə, bunu Niderlandın “Ayaks” komandasının qapıçısı Vitezslav Yaroş Bakıdakı mətbuat konfransında deyib.
Oyunçu “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyunu ilə bağlı danışıb:
“Bu klubda olduğum üçün xoşbəxtəm. Hər şey mənim üçün yaxşı keçir. Komandamız son matçdlarda inkişaf edib. Son iki oyuna əsasən bunu deyə bilərəm”.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

