ABŞ şirkəti “SOCAR Polymer” zavodu üzrə tenderdə iştirak edir

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin “Oceaneering International” şirkəti “SOCAR Polymer”
zavodu üzrə tenderdə iştirak edir.

Trend-in əldə
etdiyi məlumata görə, şirkət indiyədək bir neçə dəfə SOCAR
tərəfindən təşkil olunan əksər tenderlərdə iştirak edib.

Hazırda isə “SOCAR Polymer” zavodu üzrə elan edilmiş tenderə
qoşulub və bu istiqamətdə danışıqlar aparılır.




Məlumata görə, razılıq əldə olunacağı təqdirdə zavodun mövcud
vəziyyətinin inspeksiyası, korroziya risklərinin aşkarlanması və
aradan qaldırılması, eləcə də mühəndislik xidmətlərinin
göstərilməsi nəzərdə tutulur. Bu işlər istehsal infrastruktunun
təhlükəsizliyinin və istismar müddətinin artırılmasına
yönələcək.

Qeyd edək ki, ABŞ-nin “Oceaneering International” şirkəti
müvafiq texnoloji həllərdən istifadə edərək sənaye obyektlərinin
uzunmüddətli istismarına töhfə verən layihələrdə iştirak edir.

Baş ofisi ABŞ-nin Hyuston şəhərində yerləşən “Oceaneering
International” beynəlxalq şirkətlərə mühəndislik xidmətləri və
texnoloji avadanlıqlar təqdim edən, xüsusilə sualtı mühəndislik və
tətbiqi texnologiyalar sahəsində ixtisaslaşmış qlobal
şirkətdir.