Bakı. Trend:
Suriyanın paytaxtı Dəməşqdə ölkədə hakimiyyət dəyişikliyinin
ildönümünə həsr olunan bayram tədbirləri zamanı yaranan izdihamda 1
nəfər ölüb, daha 259 nəfər isə xəsarət alıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyi
bəyanat yayıb.
Bəyanatda bildirilir ki, hadisə yerində 247 nəfərə tibbi yardım
göstərilib, daha 12 vətəndaşın isə xəstəxanaya yerləşdirilməsinə
ehtiyac yaranıb. Həmçinin 17 yaşlı yeniyetmənin həyatını xilas
etmək mümkün olmayıb.
Qeyd edək ki, ölkədə hakimiyyət dəyişikliyinin ildönümünə həsr
olunan bayram tədbirləri 8 dekabr tarixində Dəməşq daxil olmaqla,
Suriyanın bütün iri şəhərlərində keçirilib.

