Məktəblərdə Azərbaycan dilinin tədrisi genişlənir – Təhsil İnstitutu

Baş səhifə

Bakı. Trend:

Tədrisi digər dillərdə olan məktəblər Azərbaycan tarixi ilə
yanaşı başqa fənlərin də ana dilində tədrisi məsələsinə aydınlıq
gətirilib.

Trend xəbər
verir ki, bu barədə Təhsil İnstitutunun direktoru səlahiyyətlərini
müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev
bu gün jurnalistlərə açıqlaması zamanı deyib.




O qeyd edib ki, Azərbaycan dilinin tədrisi genişlənir:

“Artıq “Ədəbiyyat”, “Hərbi hazırlıq” və “Musiqi” fənləri tədris
dilindən asılı olmayaraq bütün siniflərdə Azərbaycan dilində tədris
olunur və bu fənlər üzrə qiymətləndirmə də həmin dildə aparılır.
Məqsəd şagirdlərin öyrənmə prosesinə təsiri və nəticələrin
qiymətləndirilməsidir. Hazırda digər fənlərin də Azərbaycan dilində
tədrisi ilə bağlı müzakirələr davam edir. Konkret hansı fənlərin bu
siyahıya əlavə olunacağı barədə qərar isə növbəti illərdə
veriləcək”, – o vurğulayıb.