Bakı. Trend:
Ortamüddətli dövrdə iqtisadiyyatımızın aparıcı qüvvəsi
qeyri-neft sektoru olacaq. Əgər Strategiyanın başlanğıc dövründə
2022-ci ildə ÜDM-nin həcminin 52 faizini qeyri-neft sektoru təşkil
edirdisə (2025- 72%), bu nisbət 2029-cu ildə 80 faizi
üstələyəcək.
Trend xəbər
verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar
iclasında 2026-cı il dövlət büdcəsi zərfinə daixl olan qanun
layihələrinin müzakirəsi zamanı deyib.
Baş nazir bildirib ki, Azərbaycan iqtisadiyyatı son illərdə
texnoloji modernləşmə və rəqəmsal transformasiya mərhələsinə daxil
olub:
“İqtisadi artımın keyfiyyət göstəriciləri yüksəlmiş, iqtisadi
infrastrukturun müasirləşdirilməsi, innovasiya və rəqəmsallaşma
əsas prioritetə çevrilib”.

