Bakı. Trend:
Ölkəmizin strateji valyuta ehtiyatları ildən-ilə artır və bu
ilin əvvəlindən də əhəmiyyətli dərəcədə – 12,5 milyard dollar
artaraq 83,5 milyard dollardır. Bu da manat ifadəsi ilə 142 milyard
manatdır ki, 2025-ci ilə gözlənilən ÜDM-in həcmini (130 mlrd.manat)
üstələyir.
Trend xəbər
verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar
iclasında 2026-cı il dövlət büdcəsi zərfinə daixl olan qanun
layihələrinin müzakirəsi zamanı deyib.
Baş nazir bildirib ki, hazırda valyuta ehtiyatlarımız xarici
borcumuzdan 17 dəfə çoxdur.
“Bu gün dünyanın iki aparıcı reytinq agentliyi (“Moody’s” və
“Fitch”) ölkəmizin kredit reytinqini yüksəldib. Bu, ölkəmizdə
iqtisadi dayanıqlığın, fiskal intizamın və əlverişli investisiya
mühitinin səviyyəsini təsdiq edir.
Əlbəttə ki, bütün bunlar cənab Prezident İlham Əliyevin
rəhbərliyi altında aparılan uğurlu xarici və daxili siyasətin və
islahatların təzahürüdür”, – deyə o vurğulayıb.

