STEAM təhsili artıq 300 mindən çox şagirdi əhatə edir – Nazir müavini

Baş səhifə

Bakı. Trend:

Ölkədə aparılan islahatlar Azərbaycan təhsilindən, ümumi təhsil
sistemindən də yan keçmir.

Trend xəbər
verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan
Kərimzadə bu gün Bakıda keçirilən “Keyfiyyətin yüksəldilməsi:
Təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktiki beynəlxalq
konfransın açılışında səsləndirib.

O qeyd edib ki, son 20 il ərzində ölkə başçısının diqqət və
qayğısı nəticəsində həyata keçirilən proqramlar çərçivəsində ölkə
ərazisində 3600-dən çox ümumi təhsil müəssisəsi ya yenidən inşa
edilib, ya da əsaslı şəkildə təmir olunmub:




“Görülən bu işlərin nəticəsində 1,3 milyondan çox şagirdimizin
təlim və təhsil şəraiti yaxşılaşdırılıb. Eyni zamanda, son illərdə
təhsil sistemi üçün vacib olan mühüm strategiyalar və dövlət
proqramları qəbul olunmuşdur. Təhsil xərclərinin həm dövlət
büdcəsindəki payı, həm də ÜDM-dəki payı artan dinamika ilə davam
edir ki, bu da bizi sevindirir. Məzmun islahatlarının bir parçası
kimi STEAM təhsili artıq 300 mindən çox şagirdi əhatə etməkdədir.
“Rəqəmsal bacarıqlar” layihəsi üzrə isə 500 mindən çox şagirdi
əhatə edirik”.
Nazir müavini bildirib ki, ölkənin 400-dən çox məktəbində müasir
metodik xidmətin tətbiqinə başlanılıb.

2000-dən çox məktəbdə yenilənmiş monitorinqlər aparılır. Eyni
zamanda, Azərbaycan müəllimləri üçün vacib olan 80 mindən çox
şəxsin stratifikasiyası həyata keçirilib. Sertifikasiyadan keçən
müəllimlərin bir hissəsinin əməkhaqqı 35%, digər hissəsinin isə 10%
artırılıb”.