“Qalatasaray” Çempionlar Liqası matçına ciddi itkilərlə çıxacaq

Baş səhifə

Bakı. Trend:

“Qalatasaray” UEFA Çempionlar Liqası Liqa mərhələsinin 6-cı turu
çərçivəsində səfərdə “Monako”nun qonağı olacaq.

Trend xəbər verir ki, bu
barədə türk KİV-ləri məlumat yayıb.

Məlumata görə, İstanbul təmsilçisi oyuna ciddi itkilərlə
çıxacaq.




Müdafiəçilər Kaan Aynah və Vilfred Sinqo, yarımmüdafiəçi Mario
Lemina zədəlidir. Digər müdafiəçi Arda Ünyay isə cəzalı durumdadır.
Bu oyunçular komanda ilə birlikdə səfərə aparılmayacaq.

Qeyd edək ki, “Monako” – “Qalatasaray” qarşılaşması sabah
keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.