
Bratislava. Trend:
Biz bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq öz
imkanlarımızı genişləndirəcəyik.
Trend-in xüsusi müxbirinin məlumatına görə, bu
barədə Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini
ilə mətbuata bəyanatında bildirib.
“Hesab edirəm ki, biz Slovakiya ilə Azərbaycan arasındakı
əlaqələrin inkişafında bu sahəni diqqətdən kənarda qoymamalıyıq.
Çünki bunun çox böyük potensialı vardır”, – deyə dövlətimizin
başçısı vurğulayıb.


