“Özəl tibb sektoruna müraciət imkanları artır” –

Baş səhifə

Ölkədə icbari tibbi sığorta çərçivəsində özəl tibb sektoruna müraciət imkanları genişlənməyə davam edir. Rəsmi məlumata əsasən, bu ilin 10 ayı ərzində vətəndaşlara özəl tibb müəssisələrinə göndərişlərin sayında ciddi artım qeydə alınıb.

Metbuat.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aynurə Əhmədova bu barədə TƏBİB və Agentlik tərəfindən keçirilən “İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim”də çıxış edib.

O qeyd edib ki, özəl tibb müəssisələri üzrə göstəricilər xidmətə çıxışın genişləndirilməsi və vətəndaşların seçim imkanlarının artırılması baxımından xüsusi əhəmiyyət daşıyır:

“Hazırda Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrinin sayı 200-dən çoxdur. Bu müəssisələr təkcə Bakı şəhərində deyil, ölkənin digər bölgələrində də fəaliyyət göstərir. Bu ilin ilk 10 ayı ərzində icbari tibbi sığortadan yararlanmaq üçün özəl tibb müəssisələrinə 260 mindən çox göndəriş verilib”.

Aynurə Əhmədovanın sözlərinə görə, dövlət tibb müəssisəsi tərəfindən təqdim edilən göndəriş vərəqəsi 24 saat ərzində Agentlik tərəfindən təsdiqləndikdən sonra vətəndaşa SMS vasitəsilə birdəfəlik kod göndərilir. Bundan sonra vətəndaş Agentliklə müqaviləsi olan istənilən özəl xəstəxananı sərbəst şəkildə seçə bilir:

“Bu mexanizm həm vaxt itkisini minimuma endirir, həm də tibbi xidmətə çıxışı sürətləndirir. Vətəndaşlar seçimlərini “e-Tabib” mobil tətbiqi, göndəriş vərəqəsindəki QR-kod və ya Agentliyin rəsmi saytı vasitəsilə edə bilərlər. Göndəriş vərəqəsi 10 iş günü müddətində etibarlıdır və bu müddət ərzində xəstəxanaya yalnız şəxsiyyət vəsiqəsi və göndəriş kodu ilə müraciət etmək kifayətdir”

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.