Bakı. Trend:
Ölkəyə turist kimi gəlmiş Macarıstan Respublikası vətəndaşı Quba
rayonunun Xınalıq kəndindən geri qayıdarkən qarlı hava şəraiti
səbəbindən idarə etdiyi avtomobillə yolda köməksiz vəziyyətdə
qalıb.
Trend-in
məlumatına görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları Qımıl kəndi
yaxınlığında yolun qarlı olması səbəbindən hərəkəti mümkünsüz olan
“Hyundai” markalı avtomobillə qalan turistə lazımi köməklik
göstəriliblər.
O, təhlükəsiz şəkildə otelə yerləşdirilib.

