
Göygöl rayonunda ağır yol qəzası baş verib.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda qeydə alınıb.
Belə ki, “NİVA” markalı avtomobilin aşması nəticəsində 1983-cü il təvəllüdlü M.Kalpanov hadisə yerində dünyasını dəyişib.
Qəza nəticəsində daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


