Göygöldə ağır yol qəzası: 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb – YENİLƏNİB

Baş səhifə

Göygöldə minik avtomobilinin aşıb deformasiyaya uğraması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza zamanı 1983-cü il təvəllüdlü M. Kalpanov həyatını itirib.

Hadisə zamanı avtomobildə olan daha 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılır.

Qəza barədə məlumat daxil olduqdan dərhal sonra FHN-in Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları əraziyə cəlb olunub.

Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan mərhumun meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əraziyə polis əməkdaşları cəlb olunub, təhlükəsizlik tədbirləri görülür. Faktla bağlı araşdırma aparılır.

***
20:16

Göygöl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan Niva markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşıb.

Nəticədə bir nəfər hadisə yerində həyatını itirib. Qəza zamanı avtomobil ciddi deformasiyaya uğrayıb.

Hadisə yerinə dərhal FHN-in Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları və polis cəlb olunub. Faktla bağlı araşdırma aparılır.