Avtoyuma məntəqəsi və un məmulatı sexindən oğurluq edən şəxslər saxlanılıblar

Baş səhifə

Bakı. Trend:

Abşeron rayonu ərazisində bir nəfər polisə müraciət edərək
çalışdığı un məmulatı sexindən 1150 manat dəyərində mobil
telefonunun oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Abşeron Rayon Polis
İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə
şübhəli bilinən O.İgdaliyev və V.Əliyev müəyyən olunaraq
saxlanılıb.




Rayon ərazisində yerləşən avtoyuma məntəqəsindən 300 manat pul
oğurlamaqda şübhəli bilinən 30 yaşlı Ş.Salmanov və D.Rəsulov da
polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla məlum olub
ki, D.Rəsulov digər bir obyektdən 1200 manat dəyərində elektrik
avadanlığı da oğurlayıb.

Araşdırmalar aparılır.