Biləsuvarda minik avtomobili kanala aşıb – Ölənlər var

Baş səhifə

Bakı. Trend:

Dekabrın 7-də saat 02 radələrində Biləsuvar rayonunun Zəhmətabad
kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş
verib.

Trend-in
məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat
xidmətinin Lənkəran regional qrupundan bildirilib.




Məlumata əsasən, V. Həsənlinin idarə etdiyi “Lexus” markalı
minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun
kənarından keçən su kanalına aşıb. Nəticədə sürücü və avtomobildə
olan 4 nəfər sərnişin ölüb.

Araşdırma aparılır.