
Bakı. Trend:
Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim
Məhəmməd əl-Budeyvi ilə görüşüb.
Trend xəbər verir ki, Hikmət Hacıyev bu barədə “X” hesabında paylaşım edib.
“Uğurlu Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası münasibətləri barədə
fikir mübadiləsi apardıq və əməkdaşlığımızı daha da genişləndirmək
imkanlarını müzakirə etdik”, – deyə Hikmət Hacıyev qeyd edib.


