Bakı. Trend:
“İnter Mayami”nin futbolçusu Jordi Alba bu gün karyerasının son
oyununa çıxacaq.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı müdafiəçi öz açıqlamasında
belə bildirib.
O, MLS kubokunun “Vankover Vaytkaps” ilə final oyununun onun
üçün sonuncu matç olacağını söyləyib:
“Final mənim üçün xüsusi olacaq. Çünki bu, mənim son matçımdır.
Komanda və azarkeşlərimizlə birlikdə bu anın dadını çıxarmaq
istəyirəm. Vidalaşmağın ən yaxşı yolu qələbə qazanmaqdır”.
Qeyd edək ki, sözügedən görüş bu gün Bakı vaxtı ilə saat
22:30-da başlayacaq.

