Bakı. Trend:
Madrid “Atletiko”sunun hücumçusu Ciakomo Raspadori İtaliya
çempionatına geri qayıtmağı düşünür.
Trend xəbər
verir ki, bu barədə xarici KİV-ə istinadən xəbər verir.
25 yaşlı futbolçu komandanın əsas heyətində tez-tez yer ala
bilmir və La Liqa təmsilçisindən ayrılmaq istəyir. İtaliyalı
hücumçuya ölkəsinin 3 nəhəng klubu maraq göstərir. Bunlar “Roma”
“Milan” və “Yuventus”dur. Sözügedən 3 klub Raspadori uğrunda
mübarizəyə qoşulub.
Hücumçu “Atletiko”ya bu ilin avqust ayında “Napoli”dən transfer
olunub. O, komanda ilə 11 oyunda iştirak edib, 1 qol vurub və 2
məhsuldar ötürmə edib.

