Aktiv ƏDV ödəyicilərinin sayı 10%-ə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

Bu il dekabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı
850,9 min nəfər təşkil edib.

Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinə istinadən xəbər verir.




Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
5,4% çoxdur.

Eyni zamanda hesabat dövründə aktiv əlavə dəyər vergisi (ƏDV)
ödəyicilərinin sayı isə 9,8 faiz artaraq 57,9 min olub. Həmin
tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 6,4
faiz artıb və 231,3 min təşkil edib.