Gürcü jurnalist: BBC-nin ölkəmiz haqqında xəbəri gülüş obyektinə çevrilib

Baş səhifə

BBC-nin Gürcüstanda etirazçılara qarşı kimyəvi silahların istifadə olunması ilə bağlı reportajı gülüncdür.

APA xəbər verir ki, bunu Gürcüstandan olan “Eucrocracy-Former Europe” proqramının aparıcısı İoane Şaişmelaşvili “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan–Gürcüstan Media Forumundakı çıxışında deyib.

“Dünyada yüksək standartlara malik olan bir sıra iri media qurumları mövcuddur ki, onların xəbərlərini yoxlamağa belə ehtiyac olmurdu və onlar haqqında sual belə verilmirdi. Bunlardan biri BBC idi. Amma onun Gürcüstan haqqında yaydığı xəbər gülüş obyektinə çevrilib. Onlar bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp haqqında da yalan məlumat yaymışdılar. Sonradan özləri etiraf etdi ki, Trampın BBC tərəfindən yayılan videosu montaj edilib və Prezidentin fikirləri təhrif edilib. Azərbaycanla bağlı da müəyyən dezinformasiyalar yayılırdı. Bu günün təəssüf doğuran reallığı budur ki, avtoritet sahibi media qurumları öz etibarlarını ayaqlar altına alır”, – gürcüstanlı jurnalist qeyd edib.