Əziz Ələkbərov: Ermənistan hələ də azərbaycanlıların geriyə qayıdış hüququnu inkar edir

Baş səhifə
Əziz Ələkbərov: Ermənistan hələ də azərbaycanlıların geriyə qayıdış hüququnu inkar edir

İcma Azərbaycan vətəndaşlarının dinc yolla öz yurdlarına qayıda bilmələri üçün beynəlxalq təşkilatlarla və xarici ölkələrlə daim əlaqələr yaradır.

“Report” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli dekabrın 5-də Bakıda keçirilən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi hər zamankı kimi azərbaycanlıların geriyə qayıdış hüququnu inkar edir:

“İcmanın daimi əlaqə cəhdlərinə baxmayaraq, Ermənistan tərəfi çağırışlarımıza hələ də cavab verməyib. Bu məsələyə dair beynəlxalq məlumatlılığın artırılması, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə dialoq istiqamətində fəaliyyət İcmanın daim diqqət mərkəzindədir. Müraciətlərimiz BMT-nin ali orqanlarının – Baş Assambleyasının, Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi də yayılıb”.