Bakı. Trend:
Nazirlər Şurasının iclası yenidən ATƏT məkanında davam edən
təhlükəsizlik böhranı fonunda keçirilir.
Trend xəbər
verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramovun Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclasında
çıxışı zamanı deyib.
C.Bayramovun sözlərinə görə, Helsinki Yekun Aktının
imzalanmasının 50-ci ildönümü təntənə ilə qeyd edilməli olsa da,
təəssüf ki, bu mümkün deyil:
“Bu, əslində daha çox keçmiş səhvlərdən dərs çıxarmaq və Yekun
Aktın mətninə və mahiyyətinə yenidən sadiqliyimizi təsdiqləmək üçün
kollektiv iradəmizi səfərbər etməyə dərin ehtiyacın olduğuna dair
bir xatırlatmadır.
Bu baxımdan, xüsusən dövlətlərin suverenliyi, ərazi bütövlüyü və
sərhədlərinin toxunulmazlığına hörmət kimi Yekun Aktda təsbit
edilmiş prinsiplərin davamlı aktuallığını vurğulayırıq.
Bizim ağrılı təcrübəmiz göstərir ki, bu prinsiplər hamıya
bərabər, ardıcıl, ayrı-seçkilik və ikili standartlar olmadan tətbiq
edilməlidir”.

