
Bakı.Trend:
Hazırda Azərbaycanın ümumilikdə su anbarlarının ehtiyatı 25
milyon kubmetr təşkil edir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Bildirilib ki, il ərzində yağan yağışlar və mövsümi proseslər su
ehtiyatlarının formalaşmasına müəyyən təsir göstərir.
“Yağıntıların miqdarı və paylanması anbarlara daxil olan suyun
həcminə birbaşa təsir edən amillərdən biridir. Eyni zamanda
təbii-iqlim şəraiti, temperatur dəyişimi və ekoloji faktorlar da su
ehtiyatlarının mövcudluğunda rol oynayır. Bu amillərin təsiri
nəticəsində su anbarlarında ehtiyat səviyyəsi il ərzində artan və
azalan dinamikaya malik olur. Hazırkı mərhələdə mövcud su
ehtiyatları qənaətbəxş hesab edilir”,- deyə qurumdan əlavə
edilib.

