
Bakı.Trend:
ABŞ-nin Dövlət Departamenti Sülh İnstitutuna (Institute of Peace
–ing.) Ağ Ev rəhbəri Donald Trampın adını verib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
“Bu gün səhər Dövlət Departamenti keçmiş Sülh İnstitutunu
ölkəmizin tarixində ən böyük danışıqlar aparan şəxsinin adına uyğun
olaraq yenidən adlandırdı. Donald C. Tramp adına Sülh İnstitutuna
xoş gəlmisiniz. Ən yaxşısı hələ qabaqdadır”, – qurumun “X” sosial
şəbəkəsindəki paylaşımında bildirilir.
Bu müstəqil, qeyri-kommersiya təşkilatı 1984-cü ildə ABŞ
Konqresi tərəfindən təsis edilib. İnstitutun məqsədi Birləşmiş
Ştatlar hakimiyyəti tərəfindən dünyada münaqişələrin həlli
istiqamətində atılan addımları dəstəkləməkdir.

