Alonso Ardanı əsas heyətdən çıxardı

Baş səhifə

Mövsümün əvvəlindən əsasən start heyətdə yer alan “Real Madrid”in futbolçusu Arda Güler “Atletik Bilbao” ilə səfər matçında ehtiyatda qalıb.

Metbuat.az xəbər verir ki, “Real”ın 3-0 hesablı qələbəsi ilə yekunlaşan oyunda Arda ikinci hissədə oyuna daxil olub. Məşqçi Xabi Alonso yarımmüdafiə xəttində Cud Bellingem, Eduardo Kamavinqa və Orelyen Tçuameniyə üstünlük verib.

Qeyd edək ki, “Real Madrid” İspaniya La liqasının son 3 turunda qələbə qazana bilməmişdi. “Real” “Rayo Valyekano” ilə 0:0, “Elçe” ilə 2:2 və “Jirona” ilə 1:1 hesabı ilə bərabərə qalıb. Bəzi ulduz futbolçuların Xabi Alonsonun futbol fəlsəfəsini bəyənmədiyi və klubda böhran olduğu irəli sürülüb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.