Qurban Qurbanov rəqibi təqdir etdi

Baş səhifə

“Karvan-Yevlax” komandası “Qarabağ”ı yaxşı təhlil etmişdi.

Metbuat.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Karvan-Yevlax”a qarşı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında bildirib.

“Futbolçularımı qələbəyə görə təbrik edirəm. Həqiqətən intizamlı oyun nümayiş etdirdik. Bu cür qarşılaşmalarda səbir nümayiş etdirmək lazımdır. Bu rəqibə qarşı 4 gün əvvəl də mübarizə aparmışdıq. Görünən odur ki, “Karvan-Yevlax” bizi yaxşı təhlil edib. 80 dəqiqə onların qapısına qol vura bilmədik. İmkanlarımız var idi, dəqiqlik çatmadı. Belə oyunlar bəzən futbolçular üçün böyük fayda verir. Rəqib səni yaxşı tanıyır və oynamağa imkan vermir. Azarkeşlərimizə təşəkkür edirəm. “Karvan-Yevlax”a və Füzuli Məmmədova uğurlar arzulayıram”, – mütəxəssis vurğulayıb.

Qeyd edək ki, “Qarabağ” – “Karvan-Yevlax” oyunu “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə bitib. Ağdam kollektivi 1/4 finalda “Şamaxı” ilə üz-üzə gələcək.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.