Ceyhun Cəlilov: Zəngəzur dəhlizi türk dünyasının iqtisadi inteqrasiyasını gücləndirəcək

Baş səhifə
Ceyhun Cəlilov: Zəngəzur dəhlizi türk dünyasının iqtisadi inteqrasiyasını gücləndirəcək

Zəngəzur dəhlizi türk dünyasının iqtisadi inteqrasiyasını gücləndirəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bunu İkinci Azərbaycan–Türkiyə Regional İqtisadi Forumunda çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov deyib.

C. Cəlilov Zəngəzur dəhlizinin bölgənin gələcək iqtisadi mənzərəsini müəyyən edən əsas layihələrdən biri olduğunu bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşacaq dəhliz Türkiyə ilə Azərbaycan arasında birbaşa quru əlaqəsi yaradacaq, regional ticarət və logistikanı sürətləndirəcək.