Bakıda restoranda baş verən yanğın söndürülüb – FOTO – YENİLƏNİB

Baş səhifə

Bakıda restoranda baş verən yanğın söndürülüb.

APA xəbər verir ki, ilkin ehtimala görə, yanğın restoranın tüstü bacasından qaynaqlanıb.

***
20:58

Bakıda yanğın baş verib.

APA xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Fəzail Bayramov küçəsində yerləşən restoranda qeydə alınıb.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə xidmətinin müvafiq qüvvələri cəlb olunub.