Bakı. Trend:
Qanunvericiliyə ailə vəzifələri olan işçi anlayışı
gətirilir.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər
komitəsinin bugünkü onlayn iclasında müzakirə olunan Əmək
Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini
tapıb.
Layihəyə əsasən, tibbi rəyə əsasən qulluğa və ya köməyə ehtiyacı
olan ailə üzvünə (ərinə (arvadına), valideynlərinə, övladlığa
götürənlərə, uşaqlarına, o cümlədən övladlığa götürülən uşaqlara)
və qəyyumluğunda (himayəsində) olan digər şəxslərə, habelə
himayədar ailə (valideyn) olaraq ona verilmiş uşağa qulluq
(köməklik) göstərilməsi ilə əlaqədar əmək fəaliyyətinə başlamaq,
əmək funksiyasını yerinə yetirmək və ya işdə irəli çəkilmək
imkanları məhdudlaşan işçi ailə vəzifələri olan işçi hesab
ediləcək.

