
Azərbaycan təbii və texnogen risklərin olduğu ölkədir.
“Report” xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov dekabrın 3-də Bakıda keçirilən Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI beynəlxalq konfransının açılışında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, tarix boyu insanlar təbii və texnogen hadisələrlə üzləşib:
“Azərbaycan təbii və texnogen risklərinin olduğu ölkədir. Ölkəmizdə son illər sənaye və infrastruktur şəbəkəsinin yaradılması fövqəladə hallardan qorunma məsələsini də diqqətdə saxlayır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildə yaradılan Fövqəladə Hallar Nazirliyi hadisələrə çevik reaksiya verir. Nazirlik beynəlxalq müstəvidə əməkdaşlığı genişləndirir. Azərbaycanda yanğınsömdürmə siteminin formalaşması böyük tarixə malikdir. Ulu Öndər Heydər Əliyev deyib ki, bir hadisənin qarşısını almaq onun nəticələrini aradan qaldırmaqdan daha asandır”.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

