“Sosial-siyasi elmlər, müasir çağırışlar fonunda: Beyin mərkəzləri, akademik elm və universitetlər” mövzusunda dəyirmi masa keçirilir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı
ilə bağlı “Sosial-siyasi elmlər, müasir çağırışlar fonunda: Beyin
mərkəzləri, akademik elm və universitetlər” mövzusunda dəyirmi masa
keçirlir.

Trend xəbər
verir ki, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid
Orucun moderatorluğu ilə keçirilən tədbirdə Milli Məclisin Elm və
Təhsil Komitəsinin sədri Anar İskəndərov, Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti, akademik Rasim Əliquliyev,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri
Vüsal Qasımlı, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad
Məmmədov, ADA Universiteti, Dövlət idarəçiliyi və akademik
məsələlər üzrə prorektorun müavini Anar Vəliyev, Təhsil Problemləri
İnstitutunun direktor müavini Fuad Çıraqov, UNEC “Elmin
Populyarlaşdırılması Mərkəzi”nin rəhbəri Etibar Əliyev və
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının kafedra müdiri, professor İsaxan Vəliyev çıxış
edəcəklər. Sonra isə təqdim olunan mövzular ətrafında müzakirələr
aparılacaq.

Xəbər yenilənəcək