
Bakı. Trend:
ABŞ-nin Apple texnologiya şirkəti maşın təlimi və süni intellekt
texnologiyalarının inkişafı strategiyalarına cavabdeh
vitse-prezident Con Cannandreanın vəzifəsindən getdiyini elan
edib.
Trend xəbər verir
ki, məlumat şirkətin yaydığı press-relizdə əksini tapıb. 2018-ci
ildə Apple-a qoşulan Cannandrea 2026-cı ilin yazında şirkətdən tam
ayrılacaq.
Həmin vaxta qədər o, şirkətə məsləhətçi qismində dəstək verməyə
davam edəcək. Onun vəzifədən getməsinin səbəbləri açıqlanmır.
Şirkətin məlumatına görə, iyul ayında Apple komandasına qoşulan
süni intellekt tədqiqatçısı Amar Subramanya süni intellekt üzrə
vitse-prezident təyin edilib və baş vitse-prezident Kreyq
Federiqinin rəhbərliyi altında çalışacaq. Subramanyanın rəhbərliyi
ilə Google özünün Gemini adlı çatbotunu hazırlayıb.


