İndiki administrasiya dövründə 8 müharibəni bitirdik, amma düşünürəm ki, daha birini də bitirəcəyik – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp kabinet iclasında çıxışı zamanı
administrasiyası dövründə səkkiz müharibəyə son qoyduğunu, lakin
daha bir münaqişənin yekunlaşdırılacağına inandığını bildirib.

Trend-in
məlumatına görə, Tramp hər müharibənin başa çatdırılmasının onun
Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı müzakirələri gündəmə
gətirdiyini qeyd edib.




“O deyirlər ki, əgər o, Rusiya və Ukrayna arasında müharibəyə
son qoysa, Nobel Mükafatını alacaq. Bəs digər səkkiz müharibə necə
olacaq? Mənim başa vurduğum müharibələri düşünün. Hər biri üçün
Nobel Mükafatı almalıyam. Amma acgöz olmaq istəmirəm, bu mənim üçün
əhəmiyyətsizdir”, – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti əlavə edib ki, ötən il Rusiya–Ukrayna
müharibəsində 27 min gənc həlak olub.