“Ayaks”ın yarımçıq qalan oyunu başa çatdı

Baş səhifə

Bakı. Trend:

UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın növbəti
rəqibi olan “Ayaks”ın Niderland çempionatındakı “Qroningen”lə
yarımçıq qalan ev matçı yekunlaşıb.

Trend xəbər
verir ki, bazar günü azarkeşlərin atəşfəşanlıq şousu səbəbindən
5-ci dəqiqədə dayandırılan qarşılaşma bu gün qaldığı yerdən davam
etdirilib. Matç Amsterdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə
başa çatıb.

Tamaşaçısız keçirilən matçda “Ayaks”ın qollarını Qodts və
Bouvman vurublar. Oyunun maraqlı məqamı tribunaya təkcə bir nəfərin
azarkeş qismində çıxış etməsinə icazə verilməsi olub. Belə ki,
stadiona yalnız ağır onkoloji xəstəlikdən əziyyət çəkən Piter adlı
azarkeş buraxılıb.




Qeyd edək ki, statistik üstünlük “Qroningen”də olsa da, qələbəni
meydan sahibləri qazanıb. Bu nəticədən sonra “Ayaks” turnir
cədvəlində 5-ci pilləyə yüksəlib və liderdən 14 xal geri qalır.

Xatırladaq ki, ÇL-in 6-cı turunun “Qarabağ” – “Ayaks” matçı
dekabrın 10-da Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda
keçiriləcək və yerli vaxtla saat 21:45-də başlanacaq.