“Napoli” “Qarabağ”ın legionerini almaq istəyir

Baş səhifə

Bakı. Trend:

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Avropa klublarının
diqqətini cəlb edib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı polşalı futbolçunun
Çempionlar Liqasındakı performansından sonra “Borussiya”(Dortmund)
və “Benfika” ilə yanaşı, “Napoli” də maraqlanmağa başlayıb.

Ağdam klubunun qarşıdan gələn qış transfer pəncərəsində polşalı
futbolçunu saxlaya bilib-bilməyəcəyi hələlik məlum deyil.




Koxalskinin “Qarabağ”la müqavilə müddəti 2026/2027 mövsümünün
sonuna qədərdir.

Lakin klub onun müqavilə müddətini bir il artırmaq hüququna da
sahibdir.