
Bakı. Trend:
Türkiyədən Rusiyaya uçan “Pegasus Airlines” hava yolları
şirkətinə məxsus sərnişin təyyarəsi səmada yüksəklik toplayan zaman
onu iki dəfə ildırım vurub.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hadisə 30 noyabrda baş tutmuş
İstanbul-Sankt-Peterburq hava reysində baş verib. Pilotlar
təhlükəsizlik protokoluna uyğun olaraq Sabiha Gökçen adına hava
limanına qayıtmağa qərar veriblər.
Qeyd edilir ki, “Airbus A321” təyyarəsi çəkini təhlükəsiz enişə
imkan verən çəkiyə salmaq üçün Qara dəniz üzərində 2 saata yaxın
dövrə vuraraq yanacaq yandırıb. Təyyarə dekabrın 1-ə keçən gecə
İstanbula təhlükəsiz eniş həyata keçirib, sərnişinlərdən xəsarət
alan olmayıb .

