
İngiltərənin “Mançester Siti” klubu “Bornmut”da çıxış edən Antuan Semenyonu 74 milyon avroya transfer etməyə hazırdır.
“Report” “The Times” nəşrinə istinadən xəbər verir ki, “şəhərlilər” 25 yaşlı hücumçunun müqaviləsində sərbəst qalma bəndindən istifadə etmək niyyətindədir.
Premyer Liqa təmsilçisi 2026-cı ilin yanvarında oyunçunu heyətinə qata bilər. Klub bir müddətdir forvardı izləyir.
Qeyd edək ki, Semenyo cari mövsüm bütün yarışlarda 13 oyunda 6ı qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə 2030-cu ilin yayınadək müqaviləsi var.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

