Dekabrın 3-5-də Bakının iki rayonunun bəzi ərazilərində su kəsiləcək

Baş səhifə
Dekabrın 3-5-də Bakının iki rayonunun bəzi ərazilərində su kəsiləcək

Dekabrın 3-5-də Bakının Qaradağ və Səbail rayonlarının bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.

“Report” xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Məlumata görə, bu, magistral su kəmərində aparılacaq təmir-tikinti işləri ilə bağlıdır.