
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində iş başa çatıb.
“Report” “France 24″ə istinadən xəbər verir ki, o, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşün yekunlarına dair mətbuat konfransında deyib.
Makron əlavə edib ki, ABŞ-nin təhlükəsizlik zəmanətlərinin təmin edilməsində iştirakı gələn həftə Vaşinqtonla müzakirə olunacaq.
Hazırda digər detallar açıqlanmır.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


