Qrant ayrılmış özəl bağçalara qeydiyyat başladı

Baş səhifə

Bakı. Trend:

Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi
çərçivəsində qalib gəlmiş özəl bağçalara elektron portal üzərindən
qeydiyyat prosesinə start verilib.

Trend xəbər
verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.




Bildirilib ki, valideynlərə www.bq.edu.az portalı vasitəsilə övladlarını
qeydiyyatdan keçirmələri tövsiyə olunur.

Qeyd edək ki, valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan
maliyyələşmə modelinin tətbiqi ilə məktəbəqədər təhsilin əhatə
dairəsinin genişləndirilməsi məqsədi ilə keçirilən qrant
müsabiqəsində 63 özəl məktəbəqədər təhsil müəssisəsi qalib olub və
həmin müəssisələrin Azərbaycan bölməsində təhsil alan uşaqların
aylıq təhsil haqqının 250 manat məbləğində olan hissəsinin dövlət
tərəfindən qarşılanması, qalan məbləğin isə valideyn tərəfindən
ödənilməsi nəzərdə tutulub. Qalib gəlmiş uşaqların aylıq təhsil
haqqı və valideyn tərəfindən ödəniləcək məbləğlə müvafiq link
vasitəsilə tanış olmaq mümkündür.