
Azərbaycan məktəblərində kompüter və internet təminatı problemi yoxdur.
“Report” xəbər verir ki, bunu Elm və Təhsil Nazirinin müavini Həsən Həsənli nazirliyin dəstəyi ilə keçirilən “Məktəblilərarası Milli Hakaton – 2025” müsabiqəsinin qalibləri mükafatlandırılması mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, nazirlik ali təhsil müəssisələrində İT sahəli ixtisasların artırılmasına xüsusi diqqət yetirir:
“Ölkəmizin aparıcı universitetlərində bu ixtisasa artıq böyük maraq var. Gələcəkdə həmin mütəxəssislər iqtisadiyyatımızın güclənməsinə xidmət edəcək. Bu sahənin inkişafı Azərbaycanın iqtisadi-coğrafi məkanda öz sözünü deməsinə gətirib çıxaracaq. Ən vacib dəyişikliklər 2000-2022-ci illər strategiyasına əsasən çox sayda məktəblərimiz internet və kompüterlə təmin edilib. Bu gün Azərbaycan məktəblərində kompüter, internet problemi yoxdur. Müəllimlərin işə qəbul və sertifikasiya imtahanları vaxtı bu inkişaf etmiş şəbəkə bizə böyük kömək edir”.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


