
Bakı. Trend:
Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən
yaşayış binasında baş vermiş yanğın zamanı xəsarət alan Ləman
Qulamovanın hazırda vəziyyəti ağır stabildir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Yeni Klinikadan
məlumat verilib.
Bildirilir ki, 2000-ci il təvəllüdlü (qadın) şəxsin Yeni
Klinikanın Reanimasiya şöbəsində müalicəsi davam etdirilir:
“Hazırda pasiyentin vəziyyəti ağır stabildir. Süni tənəffüs
dəstəyi alır, ağciyər göstəricilərində müsbət dinamika
izlənilir”.
Qeyd edək ki, Ləman Qulamova həmin yanğında həyatını itirmiş
Bakı Milli Geyim Evinin rəhbəri Könül Velibəylinin qızıdır.

