Premyer Liqa: “Sumqayıt” geridönüş edərək “Şamaxı”ya qalib gəlib

Baş səhifə
Premyer Liqa: Sumqayıt geridönüş edərək Şamaxıya qalib gəlib

Misli Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, günün ilk matçında “Şamaxı” “Sumqayıt”ı qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi ilə bitib – 2:1. “Şamaxı”da 70-ci dəqiqədə Karim Rossi fərqlənib. Qonaqların heyətində 88-ci dəqiqədə Aleksa Yankoviç, 90+1-ci dəqiqədə Aleksandr Ramalinqom adını tabloya yazdırıb.

Günün ikinci görüşündə “Araz-Naxçıvan” “Qəbələ”nin qonağı olacaq.

Qeyd edək ki, XIII turda “Zirə” “Kəpəz”i (2:0), “Sabah” “İmişli”ni (3:0), “Qarabağ” “Karvan-Yevlax”ı (2:0) məğlub edib. “Turan-Tovuz” – “Neftçi” oyununda hesab açılmayıb.