
Bakı. Trend:
La Liqa təmsilçisi “Real Madrid”in yarımmüdafiəçisi Federiko
Valverde komandadan ayrılmağa yaxın olan futbolçular arasında
göstərilir.
Trend xəbər verir
ki, uruqvaylı oyunçu baş məşqçi Xabi Alonsonun idarəçilik tərzindən
narazı olan bir neçə futbolçu arasında yer alır. Klub daxilində
yaranmış vəziyyət Valverdenin gələcəyi ilə bağlı suallar
yaradıb.
Məlumata görə, İngiltərə Premyer Liqası təmsilçisi “Mançester
Yunayted” Valverdeni transfer etməkdə maraqlıdır. Lakin Madrid
klubunun rəhbərliyi yarımmüdafiəçini 114 milyon avrodan (təxminən
210 milyon AZN) aşağı məbləğə satmaq niyyətində deyil.

