2026-cı ildə bu bürclər evlənəcək

Baş səhifə

Astroloqların 2026-cı il üçün verdiyi proqnozlara görə, bəzi bürclər üçün yeni il taleyüklü qərarlar, nişan və toy xəbərləri ilə yadda qalacaq.

Metbuat.az xəbər verir ki, ulduzların düzülüşü bu bürclərin həyatında ailə qurmaq istəyini gücləndirəcək.

2026-cı ildə Qoç bürcünü ciddi münasibətə addım gözləyir. Uzun müddətdir birlikdə olan Qoçlar münasibəti rəsmiləşdirməyə qərar verəcək, subay olanlar isə ilin ortalarında sürətli şəkildə evlilik təklifi ala bilər.

2026 Xərçənglərin ən çox arzuladığı “ailə” mövzusunu ön plana çıxarır. Astroloqlar bildirir ki, Xərçənglər bu il münasibətlərini rəsmiləşdirməyə meylli olacaq, hətta bəzi Xərçənglər üçün toy tarixi ilin əvvəlindən müəyyən ediləcək.

Tərəzilər 2026-da harmoniyanı və tərəfdaşlığı həyatının mərkəzinə qoyacaq. Subay Tərəziləri toyla nəticələnə biləcək ciddi tanışlıq, münasibətdə olanları isə evlilik qərarı gözləyir.

Məsuliyyətli və planlı Oğlaqlar üçün 2026 ailə qurmaq üçün ən uğurlu dövrlərdən biri olacaq. Ulduzlar göstərir ki, bir çox Oğlaq nişan, toy və evliliklə bağlı vacib addım atacaq.

Romantik Balıqlar üçün 2026 sevgi enerjisi ilə zəngin olacaq. Münasibəti olan Balıqlar evlilik qərarı verəcək, subay olanlar isə öz “uyğun yarısını” taparaq sürətli şəkildə ailə həyatı qura bilərlər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.