
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri,
Nəsimi rayonu, Mircəlal küçəsində yerləşən beşmərtəbəli yaşayış
binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
Trend xəbər verir
ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı binanın 4-cü
mərtəbəsindəki mənzildə ilkin ehtimala görə, qaz sızması
nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi
müəyyən olunub.
Partlayış dalğası nəticəsində ümumi sahəsi 40 kv.m olan
birotaqlı mənzilin mətbəxinin pəncərəsi çərçivədən çıxıb, tavanın
lambirdən ibarət örtüyü zədələnib.
Hadisə zamanı bir nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik
tədbirləri görülüb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən
araşdırma aparılır.


