
“Bavariya” klubu Almaniya Bundesliqasında rekordunu təkrarlayıb.
“Report”un məlumatına görə, Münhen təmsilçisi buna XII turda “Sankt-Pauli”ni məğlub etdikləri (3:1) matçda nail olub.
Ölkə çempionu turnirdəki son 20 oyunun hər birində 2 və ya da çox qol vurub.
“Bavariya” 2013/2014 mövsümündə Xosep Qvardiolanın baş məşqçisi olduğu dönəmdə də eyni göstəriciyə imza atıb.
Qeyd edək ki, komanda hazırda 34 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

