“Survivor”un köhnə iştirakçısından qalmaqallı etiraf

Baş səhifə

Türkiyənin ən populyar yarsışması olan “Survivor”la bağlı müzakirələr səngimək bilmir. Layihə rəhbəri Acun İlıcalının ard-arda “Survivor-2026″nın iştirakçılarını açıqlaması yarışmaya marağı daha da artırıb.

Metbuat.az xəbər verir ki, “Survivor-2020″nin qalibi Cemal Can Cansevenin açıqlamaları ictimai diqqəti yenidən bu məşhur yarışmaya yönəldib. Canseven “Survivor” iştırakçıları təbii ehtiyaclarını necə ödəyirlər?” sualına aydınlıq gətirib. O, iştirakçılar üçün xüsusi tualet olmadığını bildirib. Canseven deyib ki, kim harada sakit güşə tapsa, təbii ehtiyacını orada ödəyir. Onun sözlərinə görə, hətta qadınlar üçün də tualeti yoxdur. Yarışma iştirakçısı olan qadınlar ehtiyaclarını adətən meşədə ödəyirlər. “Onlar səhralıqdan, heç kimin olmadığı künc-bucaqdan da tualet kimi istifadə edirlər”.

Qeyd edək ki, bu açıqlama sosial şəbəkələrin Türkiyə seqmentində birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri antisanitariya şəraitində yarışmağı məşhurlara yaraşdırmayîblar.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.