BYD Çində 89 min “Qin Plus DM” hibrid avtomobilini geri çağırır

Baş səhifə

Bakı. Trend:

Çinin BYD konserni 2021-ci ilin əvvəlindən 2023-cü ilin payızına
qədər istehsal olunmuş 89 min ədəd “Qin Plus DM” hibrid modelini
yerli bazardan geri çağırır.

Trend xəbər verir
ki, bu barədə məlumatı Carnewschina.com yayıb.




Bildirilib ki, avtomobillərin bir hissəsində batareya
modullarının səhv yığılması ehtimalı var. Bu nasazlıq çıxış gücünün
azalmasına səbəb olur və ekstremal şəraitdə avtomobilin tam
elektrik rejimində hərəkəti tamamilə dayandırmasına gətirib çıxara
bilər ki, bu da təhlükəsizlik baxımından risk yaradır.

Dilerlər geri çağırılan “Qin Plus DM” modellərinin sahiblərinə
proqram təminatının yenilənməsinin vacibliyi barədə məlumat
verəcəklər. Bütün texniki işlər pulsuz aparılacaq.